Hərbi
21.05.2018 / 10:22

"Ermənistan öz mənfur əməlini ört-basdır etməyə çalışır"- Müdafiə Nazirliyi

"Ermənistan öz mənfur əməlini ört-basdır etməyə çalışır"-“Erməni tərəfinin Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə bəyanatı məsuliyyətsiz və əsassızdır”.

İnform.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” agentliyinə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan Silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və ört-basdır etmək məqsədi daşıyır", - deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit qalmaqda davam edirdi, lakin Ermənistanın müdafiə və xarici işlər nazirləri oraya baş çəkdikdən sonra Ermənistan silahlı qüvvələri təxribat həyata keçirməyə başlayıblar.

İnform.az

Baxış sayı: 172