Dünya, Hərbi
19.05.2018 / 11:44

Çin ABŞ-a qarşı hərəkətə keçdi - Pekindən hədə(Foto)

Çin ABŞ-a qarşı hərəkətə keçdi -
Əgər ABŞ Tayvana dəstək göstərməyə davam edərsə, Çin bir sıra tədbirlər həyata keçirəcək.

İnform.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "China Daily" nəşri məlumat yayıb. Bildirilib ki, Pekin Tayvan ətrafında hərbi mövcudluğunu gücləndirə, Çinin ərazi bütövlüyünü tanımayan firma və şirkətlərə münasibətdə araşdırma başlada, yaxud onların Çin bazarına girişini məhdudulaşdıra bilər.

Bundan əvvəl, mart ayında Çinin Müdafiə Nazirliyi ABŞ vətəndaşlarının Tayvana gediş-gəlişini nəzərdə tutan qanuna qarşı çıxaraq, sənədin müddəalarının icra olunmamasına çağırmışdı.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Tsedunun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Komintana qalib gəlib və Çin Xalq Respublikasını elan ediblər. Məğlub olan Çan Kayşi partiyası Tayvanda yeni hökümət qurub.

Bundan sonra tərəflər arasında əlaqələr kəsilib. Tayvan Çindən ayrıldığını elan etsə də, Pekin onu həmişə öz ərazisi hesab edib və bunu sübut etmək üçün güc tətbiqinə hazır olduğunu gizlətmir.

Çin ABŞ-a qarşı hərəkətə keçdi -


İnform.az

Baxış sayı: 289