Sosial
19.05.2018 / 10:15

Bu ərazilərdə hərəkət qismən məhdudlaşdırılacaq- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Bu ərazilərdə hərəkət qismən məhdudlaşdırılacaq-Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu bu gün 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 155