Elm-təhsil
18.05.2018 / 17:45

ADNSU-da SABAH qruplarına qəbulla bağlı görüş keçirilib- FOTO

ADNSU-da SABAH qruplarına qəbulla bağlı görüş keçirilib-
Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2018-2019-cu tədris ili üçün SABAH qruplarına qəbulla bağlı I kurs tələbələri ilə görüş keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə,görüşdə ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə,ADNSU SABAH qruplarının rəhbəri Nərminə Əliyeva eləcə də professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent A.Babayev SABAH qruplarının universitetdə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində oynadığı rolun əhəmiyyətindən danışıb.

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Ş.Seyidzadə tələbələrə SABAH qrupları haqqında geniş məlumat verib, seçim və qəbul prosesi, təqaüd qaydaları, tədris imkanları və digər üstünlüklərindən danışıb.

SABAH qruplarının ötən il ilk məzun buraxılışı olduğunu söyləyən Ş.Seyidzadə 721 nəfər məzundan 37%-nin yerli, 16%-nin isə xarici universitetlərdə magistr pilləsinə qəbul olunuduğunu, 30%-nin isə daimi işələ təmin edildiyini diqqətə çatdırıb. Ölkənin 12 ali təhsil müəssisəsində SABAH qruplarının fəaliyyət göstərdiyini deyən Ş.Seyidzadə ADNSU-nun ali təhsil müəssisələri içərisində ixtisas sayının artırıldığı yeganə universitet olduğunu deyib.

Ş.Seyidzadə qeyd edib ki, digər universitetlərdə ya bəzi ixtisaslar azaldılıb, ya da ümumiyyətlə yoxdur.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

ADNSU-da SABAH qruplarına qəbulla bağlı görüş keçirilib-


ADNSU-da SABAH qruplarına qəbulla bağlı görüş keçirilib-


ADNSU-da SABAH qruplarına qəbulla bağlı görüş keçirilib-


ADNSU-da SABAH qruplarına qəbulla bağlı görüş keçirilib-


İnform.az

Baxış sayı: 373