Hüquq
25.07.2015 / 22:08

Ədliyyə sistemində strukturu dəyişikliyi

Ədliyyə sistemində strukturu dəyişikliyi

Azərbaycanda ədliyyə sistemində yerli icra qurumlarının strukturu dəyişib.

Ədliyyə Nazirliyi Kollegiyasının 31 may 2013-cü il tarixli qərarına əsasən təsdqiqlənən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi, bölməsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.

Ədliyyə Nazirliyi Kollegiyasının 30 iyun 2015-ci ildə qəbul etdiyi və 11 iyul 2015-ci ildə qüvvəyə minən qərarına əsasən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilib. Dəyişikliyə əsasən rayon (şəhər) bölmələri ləğv edilib. Bundan sonra Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır. Eyni zamanda əgər indiyə qədər icra qurumuna ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə, bölmə rəisi və böyük icra məmuru (qrup rəhbəri) rəhbərlik edibsə, dəyişikliyə əsasən bundan sonra icra qurumuna Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə və qrupun rəhbəri – böyük icra məmuru rəhbərlik edəcək.

Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə icra qurumlarının rəis və rəis müavinləri icra məmurunun səlahiyyətləri də qazanıblar.

İnform.az

Baxış sayı: 320