Hərbi
18.05.2018 / 16:40

"Məlumatın yalnış olduğu müəyyən olundu"- ANAMA

"Məlumatın yalnış olduğu müəyyən olundu"-2018-ci il 18 may tarixində saat 08:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Tovuz şəhəri, Mərdan Musayev küçəsi 17 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.

Agentliyin mütəxəssisləri tərəfindən ev sahibəsi Məmmədova Rəna İsmayıl qızının göstərdiyi 50 kv.m ərazi yerüstü yoxlanılıb, 1 çala 90 sm dərinliyində qazılmış, heç bir təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ev sahibəsi tərəfindən verilən məlumatın yalnış olduğu müəyyən olunub.

İnform.az

Baxış sayı: 241