Ədəbiyyat
18.05.2018 / 12:35

"Sizin hekayə qalib gəlmədi"- Azər Qismətin iradı

"Sizin hekayə qalib gəlmədi"-"Azərbaycandakı hekayə müsabiqəsinə göndərdiyim əsərimə gələn cavab: "Sizin hekayə qalib gəlmədi". Burada "salam", "təəssüf edirik" və "təşəkkür" sözlərinin yoxluğuna fikir vermirəm.
Ona fikir verirəm ki, qısa cavabdan necə soyuqluq və "ipini çək" fikri tökülür."

İnform.az-ın xəbərinə görə, bunu yazıçı-jurnalist Azər Qismət öz facebook səhifəsində yazıb.

Azər bəy şərhində hekayə müsabiqələrində yazarın zəhmətinə verilən qiyməti müqayisə edərək daha sonra yazır:

"İndi isə Qazaxıstanın hekayə müsabiqəsinə göndərdiyim əsərə görə gələn cavaba diqqət yetirək:

"Salam Azər Qismət.
Siz bizə iltifat göstərib hekayənizi yollamısınız. Sizin hekayə qaliblər sırasında olmasa da, inanın ki, münsiflər heyətinin marağını cəlb etdi. Xüsusilə 3-cü səhifədəki filan sözlər (təfərrüata varmıram - A.Q) necə də möhtəşəm idi. Biz sizi ona görə qalib etmədik ki, əsəriniz müsabiqiənin şərtlərinə uyğun deyildi.
Amma siz onu necə ustalıqla qələmə almışdınız. Bir daha bizim müsabiqədə iştirak edin. Bundan qurur duyarıq". Bu da cavab fərqliliyi. Xırda nüansları öyrənək, inşallah Marsı da tədqiq edərik."

İnform.az

Baxış sayı: 309