Mədəniyyət, Ədəbiyyat
18.05.2018 / 11:01

Nizami Muzeyində “Açıq qapı” günü keçiriləcək

Nizami Muzeyində

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi mayın 18-də “Açıq qapı” günü elan edir.

Muzeyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, “Açıq qapı” günündə paytaxt sakinləri və şəhərimizin qonaqları muzeyin zəngin ekspozisiyası ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsini və qədim tarixini əks etdirən eksponatlar barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

Qeyd edək ki, muzey saat 17:00-dək fəaliyyət göstərəcək.

İnform.az

Baxış sayı: 124