Hərbi, Qarabağ
18.05.2018 / 08:30

Erməni əsgər fiziki təzyiqlərə məruz qalıb- Qarabağda

Erməni əsgər fiziki təzyiqlərə məruz qalıb-
Ermənistan ordusu tərəfindən işğal olunmuş Ağdərə rayonu ərazisində yerləşdirilən düşmən bölmələrində birində nizamnamədən kənar münasibət zəminində növbəti insident baş verib.

Erməni əsgər zabit tərəfindən döyülüb.

İnform.az
ordu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı öz problemlərini və etirazlarını döyülən əsgərin yaxınları sosial şəbəkədə paylaşıblar. Onların yazdığına görə yaxın qohumları, 15-ci bölükdə xidmət edən əsgər Qaqo Tevonyan komandirləri tərəfindən tez-tez fiziki təzyiqlərə və təhqirlərə məruz qalıb.

Son dəfə isə komandirin vurduğu zərbələr nəticəsində əsgərin çənəsi sınıb və bir neçə dişi tökülüb. Əsgər Ağdərədə yerləşən hərbi tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 231