Din
17.05.2018 / 17:46

“Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu” adlı tədbir keçirilib- Lerikdə(Foto)

“Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu” adlı tədbir keçirilib-
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Lerik şəhər “Cümə” məscidində “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu” adlı tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, dini icma sədrləri, din xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında Ramazan ayının başlanması ilə əlaqədar dini icma sədrləri və din xadimlərini təbrik edərək, məscidlərdə azanların QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməlisinin zəruriliyini bildirib. A.Həsənov xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə sahib olduğunu, bu dəyərlərin qorunmasının vacibliyini qeyd edib.

Lerik RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxışında milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb. R.Əzizov Ramazan ayı ilə əlaqədar tədbirlərin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, QMİ-nin fətvasına uyğun keçirilməli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev çıxışında dövlətin din xadimlərinə qayğısından danışıb. İ.Əliyevhəmçinin Ramazan ayı ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələrini verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu” adlı tədbir keçirilib-


“Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu” adlı tədbir keçirilib-


İnform.

Baxış sayı: 116