Elm-təhsil
17.05.2018 / 17:37

Fizika İnstitutunda X siniflər arasında Olimpiada keçirilib- FOTO

Fizika İnstitutunda X siniflər arasında Olimpiada keçirilib-
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə fizika fənnindən olimpiada keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, olimpiada Fizika İnstitutunda X siniflər arasında təşkil olunub.

Bilik yarışında Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fizika-riyaziyyat təmayüllü litseyindən, Gənc İstedadlar litseyindən, Fizika, Riyaziyyat və İnformatika təmayüllü litseyindən, Səbail rayon 132-134 saylı təhsil kompleksindən, Akademik Zərifə Əliyeva adına məktəbdən, Yasamal rayonu 225 saylı tam orta məktəbdən və digər orta təhsil müəssislərindən 25 şagird iştirak edib.

İlk olaraq məktəblilərlə görüş keçirilib. Görüşdə çıxış edən İnstitutun elmi işlər direktor müavini, akademik Cavad Abdinov şagirdlərə uğurlar arzulayıb. Bildirib ki, Fizika İnstitutu ənənəvi olaraq orta məktəblər arasında bilik yarışını təşkil edir. O, olimpiadanın məktəblilərdə elmə maraq yaratmaq, onların biliklərini yoxlamaq məqsədi ilə təşkil olunduğunu qeyd edib.

İnstitutun GAMŞ-nın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov sualların İnstitutun pedaqoji təcrübəsi olan alimləri tərəfindən hazırlandığını vurğulayıb. Qeyd edib ki, Olimpiadanın qalibləri təşkilatçılar tərəfindən I,II, III dərəcəli diplom və mükafatlarla təltif olunacaqlar.

Fizika İnstitutunda X siniflər arasında Olimpiada keçirilib-


Fizika İnstitutunda X siniflər arasında Olimpiada keçirilib-


Fizika İnstitutunda X siniflər arasında Olimpiada keçirilib-


Fizika İnstitutunda X siniflər arasında Olimpiada keçirilib-


Fizika İnstitutunda X siniflər arasında Olimpiada keçirilib-


İnform.az

Baxış sayı: 346