Din
17.05.2018 / 17:25

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilir- Zərdabda(Foto)

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilir-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 17-də Zərdabda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakeçirilən ikigünlük seminar-treninq öz işinə başlayıb.

Qurumun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, seminar-treninqin birinci günündə rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısının müavini Ramo Hacıyev dini maarifləndirməninəhəmiyyətindən danışıb. Natiq, eyni zamanda rayondakı dini durum barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov respublikamızdakı tolerantlıq mühitinin dünyaya nümunə olduğunu bildirib. DQİDK sədrinin müavininin sözlərinə görə, tolerantlıq xalqımızın genetik yaddaşına hopmuş bir dəyərdir.

Sədr müavini deyib ki, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycanda heç zaman millətlərarası və məhzəblərarası qarşıdurma baş verməyib.

Dini radikalizm və ekstremizmin fəsadlarından da danışan G. İsmayılov deyib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatlığa səbəb olan əsas problemlərdən biridir. Hazırda radikalizm məzhəblər, dinlərarası dözümsüzlük, eləcə də zorakılıq və digər motivlərlə törədilən terror aktlarında təzahür edir.

İslam dininin gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolunun düzgün istiqamətləndirilməli olduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.

Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və başqaları çıxışlarında İslamın dini radikalizmin qarşısının alınması, dözümlülük mədəniyyətinin tərbiyə edilməsi və dinlərarası dialoq məsələlərinin qaydaya salınmasında böyük rol oynayan barışıq potensialına və geniş üfüqi əlaqələr şəbəkəsinə malik olduğunu diqqətə çatdırıblar. Natiqlər islam dəyərlərinin öyrənilməsinə yönəldilən dini maarifləndirmənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Seminar-treninqin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilir-


İnform.az

Baxış sayı: 69