Rəsmi, Baş xəbər
17.05.2018 / 16:37

Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin
Prezident İlham Əliyev Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıb:

Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İnform.az

Baxış sayı: 320