Din
17.05.2018 / 13:30

"Dövlət-din münasibətlərinin Azərbaycan modeli” adlı tədbir keçirilib- Astarada(Foto)

"Dövlət-din münasibətlərinin Azərbaycan modeli” adlı tədbir keçirilib-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Kitabxanasında “Dövlət-din münasibətlərinin Azərbaycan modeli” adlı tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri, din xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Astara RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev çıxışında ölkəmizdə dinlərarası, məzhəblərarası həmrəylik və vəhdətin mövcud olduğunu qeyd edib.

M.Hacıyev Ramazan ayı ilə əlaqədar tədbirlərin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, QMİ-nin fətvasına uyğun keçirilməli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında Ramazan ayının başlanması ilə əlaqədar dini icma sədrləri və din xadimlərini təbrik edərək, məscidlərdə azanların QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməlisinin zəruriliyini bildirib.

T.Həsənzadə ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri haqqında məlumat verib. Natiq əlavə edib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən Ümummilli Liderin müdrik mənəvi-siyasi xətti uğurla davam və inkişaf etdirilir.

QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında dövlətin dini sahəyə qayğısından danışıb.

İ.Həsənli Ramazan ayı ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələrini verərək, vəhdətin qorunması, eləcə də tədbirlərin QMİ-nin fətvasına uyğun şəkildə keçirilməsininin vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

"Dövlət-din münasibətlərinin Azərbaycan modeli” adlı tədbir keçirilib-


"Dövlət-din münasibətlərinin Azərbaycan modeli” adlı tədbir keçirilib-


İnform.az


Baxış sayı: 95