Hüquq
17.05.2018 / 12:33

Zakir Qaralov vətəndaşların müraciətlərinə baxacaq

Zakir Qaralov vətəndaşların müraciətlərinə baxacaqAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il mayın 25-də saat 10:00-da Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.

İnform.az Baş Prokuorluğun Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

İnform.az

Baxış sayı: 294