Qarabağ
17.05.2018 / 12:00

“Qarabağ”ın futbolçuları Ağdama gediblər

“Qarabağ”ın futbolçuları Ağdama gediblər
“Qarabağ”ın futbolçuları Ağdama yollanır.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 5 üzvü doğma rayona səfər edəcək.

Bunlar qapıçı İbrahim Şehiç, müdafiəçilər Elvin Yunuszadə, Maksim Medvedev, yarımmüdafiəçilər Qara Qarayev və Coşqun Diniyevdi. Ardıcıl 5-ci dəfə ölkə çempionluğunu qazanan “Qarabağ”ın üzvlərinin səfərdə məqsədi əsgərlərlə görüşməkdi. Təşəbbüs isə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən gəlib.

Qeyd edək ki, “Qarabağ” mayın 21-də “Qəbələ” ilə keçiriləcək çempionatın son matçının ardından çempionluq kubokunu başı üzərinə qaldıracaq.

İnform.az

Baxış sayı: 96