İdman, Hüquq
17.05.2018 / 10:20

Qələbə üçün... FOTO

Qələbə üçün...
Cavid Qayalı Ağstafa rayon Polis Şöbəsinin Post Patrul Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir.

Kiçik yaşlarından güləş, daha sonra boksla məşğul olub. Daha sonra Uşu-Sanda, Boks kimi idman növlərinə həvəs göstərdiyindən məşqlərini də bu istiqamətdə davam etdirib. Nəticə isə uğurlu olub. ..

O, bu idman növlərində dəfələrlə yerli və beynəlxalq turnirlərin çempionu tituluna layiq görülüb. Həmkarımız İtaliyada Uşu-Sanda döyüş növündə mübarizə apararaq ikinci yer, Türkiyədə keçirilən Boks üzrə beynəlxalq turnirdə isə birinci yer tuturaq bayrağımızı qürurla dalğalandırıb.

Profesional idman karyerasında əldə etdiyi naliyyətlərlə kifayətlənməyən əməkdaşımız şanlı bayrağımızı gələcəkdə də yüksəklərə qaldırmağı özünə məqsəd qoyub.

Daxili işlər orqanlarında xidmət edən onlarla, yüzlərlə idmançı əməkdaşlardan biri kimi o da, ölkə və DİN rəhbərliyinin idmana, gənclərimizin fiziki hazırlığına göstərilən diqqət və qayğıdan ruhlandığını, yeni nailiyyətlər qazanacağını, ölkəmizin idman şərəfinin layiqincə qorunması üçün bütün səy və bacarığını səfərbər edəcəyini bildirib.

Qələbə üçün...


Qələbə üçün...


Eşqin Qasımov/Polis leytenantı

Baxış sayı: 67