İdman
17.05.2018 / 10:02

“Sevilya”nın rekordu qırıldı

“Sevilya”nın rekordu qırıldı
Avropa Liqasının final oyununda “Marsel”lə qarşılaşan “Atletiko” 3:0 hesablı qələbə qazaraq kuboka yiyələnib.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, “Atletiko”nun Avropa Liqasında 3-cü qələbəsidi.

Daha əvvəl 2009/2010 və 2011/2012 mövsümündə həlledici oyuna çıxan “hindular” hər iki halda kuboka sahib olmuşdu.

“Atletiko” bu uğurla La Liqadakı rəqiblərindən “Sevilya”nın rekordunu təkrarlayıb. Əndəlüs klubu da 3 dəfə yüksəldiyi final oyunlarının hər birində qalib gəlib – 2014, 2015 və 2016.

İnform.az

Baxış sayı: 63