Sosial
16.05.2018 / 17:46

Bu ərazilərdə su olmayacaq- XƏBƏRDARLIQ!

Bu ərazilərdə su olmayacaq-Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 17 may 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İnform.az-a bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İnform.az

Baxış sayı: 62