Elm-təhsil
16.05.2018 / 17:37

İtaliyalı qonaqlar AzMİU-da- FOTO

İtaliyalı qonaqlar AzMİU-da-
İtaliyanın Milan Texnik Universitetinin professorları Silviya Piardi, Giovanni Conti bugün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, İtaliya Respublikasının ölkəmizdəki səfiri Auqusto Massarinin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə universitetin rektoru, professor Gülçöhrə Məmmədov ailə görüşüblər. Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, tədris işləri üzrə prorektoru Akif Qasımov, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak edib.

Qonaqları salamlayan AzMİU-nun rektoru bu görüşün reallaşmasına görə İtaliyanın ölkəmizdəki səfirinə təşəkkürünü bildirib. O qeyd edibki, İtaliyanın ölkəmizdəki səfirliyi və Azərbaycanda fəaliyyət göstərən digər italyan şirkətləri ilə işgüzar münasibətlər qurulub, hər il “İtaliya Dizaynı Günü” məhz AzMİU-da keçirilir.

Əlaqələrin daha da genişlənməsində bugünki görüşün rolu olacağına ümidvar olduğunu bildirən rektor İtaliyadan gəlmiş professorları dəvət etməkdə məqsədlərinin nədən ibarət olduğunu açıqlayıb.“İtalyan dizaynı bütün dünyada məşhurdur, bu sahə sizdə çox inkişaf edib.

Sizi bura dəvət etməkdə məqsədimiz də məhz sizin köməkliyinizlə universitetimizdəki dizayn ixtisasını modernləşdirmək, İtaliya dizayn təhsili formatında yenidən qurmaq, təhsil proqramlarımızı sizin proqramınıza uyğunlaşdırmaqdır. Bu istiqamətdə işlər görüləndən sonra Milan Texnik Universiteti ilə ikili diplom proqramı üzərində işləməyi düşünürük”.

SəfirA.Massari də öz növbəsində görüş üçün rektora təşəkkürünü bildirib, AzMİU ilə əlaqələrin inkişafında rolu olmasından məmnunluğunu dizayn təhsilinin inkişafı üçün əllərindən gələn köməyi edəcəklər. O,iyulda İtaliya prezidentinin Azərbaycana səfər edəcəyindən danışıb, bu səfər çərçivəsində təhsil sahəsində də mühüm qərarların veriləcəyini deyib.

İtaliyalı professorlar təmsil etdikləri universitetin tarixindən, fakültə və ixtisaslarından, beynəlxalq əlaqələrindən, partnyorlarından danışıblar.165 yaşlı Milan TexnikUniversitetinin dizayn ixtisasının çox inkişaf etdiyini, dünya reytinq cədvəllərində ön sıraları tutduğunu deyən qonaqlar dünyanın inkişaf etmiş ölkələri ilə iki tərəfli əlaqələri barədə geniş məlumat veriblər.

Dizayn təhsilinin hər il yeniləndiyini deyən qonaqlar hər bir ölkənin özünəməxsus mədəniyyətinin, adət-ənənələrinin dizayna adaptasiya olunmasına çalışdıqlarını vurğulayıblar. Onlar səfər çərçivəsində bu incəliklərin, dizayn da maraqlı məqamların tələbələrə çatdırılacağını qeyd ediblər.

Milan TexnikiUniversiteti barədə video-rolikin nümayişindən sonraq onaqlar Memarlıq fakültəsinə baş çəkiblər, tələbələrlə görüşüblər, dərslərdə iştirak ediblər.

İtaliyalı qonaqlar AzMİU-da-


İtaliyalı qonaqlar AzMİU-da-


İtaliyalı qonaqlar AzMİU-da-


İtaliyalı qonaqlar AzMİU-da-


İtaliyalı qonaqlar AzMİU-da-


İnform.az



İtaliyalı qonaqlar AzMİU-da-

Baxış sayı: 81