Gündəm, Hüquq
16.05.2018 / 17:12

Mənzildən oğurluq edənlər saxlanılıb - Biləsuvarda

Mənzildən oğurluq edənlər saxlanılıb -Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə yaşayış evindən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətnin Lənkəran regional qrupundan İnform.az-a verilən məlumata görə Biləsuvar şəhər sakini Fazil Mənsimov evindən naməlum şəxs və ya şəxslər tərəfndən 4650 manat, 500 ABŞ dolları pulun və müxtəlif qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfndən saxlanılıb.

Araşdırmalarla onların Biləsuvar rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunan Azər Quliyev və Ramiz Talıblı olduqları müəyyən edilib. Saxlanılaraq istntaqa təhvil verilən hər iki şəxs oğurladıqları qızılları Bakı şəhərində yerləşən lombardlardan birinə qoyub əvəzində pul götürdüklərini bildiriblər.

Aparılan araşdırmalarla eyni zamanda Azər Quliyevin daha bir oğurluq törətdiyi məlum olub.

Onun rayonun Bağbanlar kəndində yerləşən bir evə pəncərədən gizli daxil olaraq 700 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Biləsuvar RPŞ-da Cinayət Məcəlləsinin müvafq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

İnform.az

Baxış sayı: 66