Türkiyə, Siyasət
16.05.2018 / 16:25

Ərdoğan Qüds üçün hərəkətə keçdi- 3 prezidentlə…

 Ərdoğan Qüds üçün hərəkətə keçdi-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani, İndoneziya Prezidenti Coko Vidodo və Sudan Prezidenti Ömər əl-Bəşir arasında telefon danışığı baş tutub.

İnform.az axar.az-a istinadən xəbər verir ki, telefon danışıqları zamanı Qəzza zolağında baş verən qanlı hadisələrə görə İslam Əməkdaşlıq Təşkilatının cümə günü İstanbulda keçirilməsi nəzərdə tutulan təcili zirvəsi ilə bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, Türkiyə Qəzza zolağında baş verən hadisələrə görə İsrail səfirini ölkədən qovmuşdu.

İnform.az

Baxış sayı: 90