Elm-təhsil
16.05.2018 / 16:21

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib- FOTO

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib-
AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, seminarda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan funksiyalar ilə təsviri” mövzusunda məruzə edib.

Məruzədə sinqulyarvə kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan funksiyalar vasitəsi ilə təsviri haqqında məlumat verilib.

Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün kommutatorun Lipşits sinfindən olan funksiya olması üçün zəruri və kafi şərt müzakirə edilib. Alınmış nəticələrin elliptik və parabolik diferensial tənliklərin Orliç fəzalarında həllərinin requlyarlığı məsələlərinə tətbiqi haqqında da danışılıb.

Həmçinin, bu tipli məsələlərin analizin digər problemlərinin araşdırılmasında istifadə olunması haqqında məlumat verilib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib-


AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib-


AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib-


İnform.az

Baxış sayı: 65