Hərbi
16.05.2018 / 15:41

Füzulidə top mərmisi tapılıb- FOTO

Füzulidə top mərmisi tapılıb-
Füzuli rayonunun Böyük Bəhmənli kəndində su nasosu stansiyasının yaxınlığında 1 ədəd yanmış top mərmisi aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA)İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, bu gün saat 11:24-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:45-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Araz su nasosu stansiyasının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan atılmış 1 ədəd yanmış top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 may 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 14 ev və həyətyanı sahəyə, 10 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 13 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına,Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 3 507 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilmiş, 81 515 kv.m ərazi yoxlanılıb.

Füzulidə top mərmisi tapılıb-


Füzulidə top mərmisi tapılıb-


Füzulidə top mərmisi tapılıb-


Füzulidə top mərmisi tapılıb-


Füzulidə top mərmisi tapılıb-


İnform.az

Baxış sayı: 87