Türkiyə
16.05.2018 / 15:29

Türkiyə hərbi karvanı İdlibə daxil olub

Türkiyə hərbi karvanı İdlibə daxil olub
Türkiyə Silahlı Qüvvələrinin hərbi logistika karvanı Suriyanın İdlib vilayətində doğru yol alıb.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, karvan İdlibin şimalındakı Hazano şəhərinə gedəcək.

Məlumata görə, karvanda hərbi vasitələr və yük maşınları olub. Onun bölgədəki müşahidə postlarına göndərilən logistik və dəstək karvanı olduğu bildirilir.

Hazırda Türkiyə qüvvələri İdlibdə 11 müşahidə məntəqəsi formalaşdırıb.

Ən sonuncusu bir neçə gün öncə Raşdin yüksəkliyində qurulub.

İnform.az

Baxış sayı: 99