İqtisadiyyat
16.05.2018 / 14:15

Memorandum imzalanacaq- Əmlak Məsələləri Dövlət Komitəsində

Memorandum imzalanacaq-17 may, saat 14:00-da Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq istiqamətləri, ikitərəfli əlaqələrin perspektivlərinin müəyyən edilməsi ilə bağlı tədbir keçiriləcək.

Bu barədə İnform.az-a Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsindən məlumat verilib.


Məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev iki qurum arasında birgə əməkdaşlığa dair memorandum imzalayacaqlar.

Tədbir Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (Heydər Əliyev prospekti, 139 A) keçiriləcək.

Memorandumun əsas hədəfi daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi, bu sahədə innovasiyaların tətbiqidir.

Tədbir çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki mühüm layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu Sistemi, yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sistemi, o cümlədən müvafiq proqram təminatları və bu sahədə tətbiq olunan innovasiyalar canlı şəkildə nümayiş ediləcək.

İnform.az

Baxış sayı: 127