Gündəm, Hüquq
16.05.2018 / 14:10

Telefon mağazasından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Telefon mağazasından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıbDİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

​DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Düyərli kəndindəki mobil telefon mağazasından 6 mobil telefonun oğurlandığı müəyyən edilib.
​Faktla bağlı cinayət işi başlanılıb.

​Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun kənd sakini Bayram Rüstəmzadə olduğu müəyyən edilib. Törətdiyi cinayət əməlini etiraf edən B.Rüstəmzadə bütün mobil telefonları satdğını bildirib.

Mobil telefonlardan 3-ü maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

İnform.az

Baxış sayı: 37