Dünya
16.05.2018 / 12:35

"ABŞ və KXDR görüşünün ləğvi barədə məlumat almamışıq" - Dövlət Departamenti

"ABŞ və KXDR görüşünün ləğvi barədə məlumat almamışıq" -
“Birləşmiş Ştatlar ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen Inın görüşünə hazırlığı davam etdirir”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyan edib.

“Biz KXDR və ya Cənubi Koreya rəhbərliyindən Pxenyanın Vaşinqtonla sammitdən imtina etməsi barədə məlumat almamışıq. ABŞ həm Cənubi Koreya ilə hərbi təlimlər, həm də KXDR lideri Kim Çen Inla sammitə hazırlaşmağa davam edir”, - deyə Nauert bildirib.

O qeyd edib ki, KXDR rəhbərliyi nüvəsizləşdirmə istiqamətində qətiyyətli addımlar atır.

İnform.az

Baxış sayı: 122