Elm-təhsil
16.05.2018 / 11:58

Fizika İnstitunun alimləri Beynəlxalq konfransda-

Fizika İnstitunun alimləri Beynəlxalq konfransda-
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu İnnovasiya sektorunun rəhbəri fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov Türkiyənin Antalya şəhərində ezamiyyətdə olub. Ezamiyyətdə məqsəd “İfratkeçiricilər və magnetizm üzrə 6-cı beynəlxalq konfrans”da (İCSM-2018) iştirak etmək olub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, altı günlük konfrans çərçivəsində S.Rəhimov “The influence of Zn on superconducting properties ofBi2Sr2Ca1Cu2OX” adlı məruzə ilə çıxış edib. Beynəlxalq tədbirdə Fizika İnstitutunun əməkdaşları fizika üzrə elmlər doktoru Zakir Cahangirli “Ab-initio calculation of half-metallic properties of TlCrS2 and TlCrSe2”, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Orucov da“Ab initio Study of the Electronic Structure of TlFeS2 and TlFeSe2 Crystals in Antiferromagnetic Phase” mövzusunda olan məruzələrləiştirak ediblər.

Alimlər konfrans çərçivəsində ifratkeçiricilər və magnetizm sahəsində Türkiyə, Yapioniya, Niderland, Rusiya Federasiyasıvə başqa ölkələrdən olan tanınmış mütəxəssislərləelmi müzakirələr aparıblar.

Fizika İnstitunun alimləri Beynəlxalq konfransda-


İnform.az

Baxış sayı: 40