Elm-təhsil
16.05.2018 / 11:39

Hədəfə çatan “Yeddilik” – Onları siz də tanıyın - FOTO

Hədəfə çatan “Yeddilik” – Onları siz də tanıyın -
Ötən gün Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

İnform.az oxu.az-a istinadən xəbər vrir ki, sənəd vermiş 36559 abituriyentdən 630 nəfəri imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, yeddi nəfər abituriyent 700 bal toplayıb.

Həmin abituriyentlərin siyahısını təqdim edirik.

II ixtisas qrupu üzrə cəmi iki nəfər maksimum bal toplayıb.

Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.

Hədəfə çatan “Yeddilik” – Onları siz də tanıyın -

Digəri isə Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbin məzunu Jalə Rəcəbovadır.

Hədəfə çatan “Yeddilik” – Onları siz də tanıyın -

III ixtisas qrupu üzrə 700 bal yığanların sayı beş nəfərdir.

Onlardan ikisi Respublika Olimpiadasının qızıl medalçısıdır.

Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı olub.

Hədəfə çatan “Yeddilik” – Onları siz də tanıyın -

Bakı şəhəri 45 nömrəli məktəbin məzunu Elvin Kərimli də Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, AzTV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.

Hədəfə çatan “Yeddilik” – Onları siz də tanıyın -

Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənova

Hədəfə çatan “Yeddilik” – Onları siz də tanıyın -

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Xəyyam Sultanlı

Hədəfə çatan “Yeddilik” – Onları siz də tanıyın -


İnform.az

Baxış sayı: 56