Gündəm, Dünya
16.05.2018 / 11:29

Hərbi komissarlıqların əməkdaşları Paşinyana qarşı etiraza qalxdılar

Hərbi komissarlıqların əməkdaşları Paşinyana qarşı etiraza qalxdılar
Ermənistanda hərbi komissarlıqların əməkdaşları etiraz aksiyası keçirirlər.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, İrəvanda hökumət binası qarşısında hərbi komissarlıqlarda keçirilən islahatlara qarşı etiraz aksiyası keçirilir.

Etiraz aksiyasında müxtəlif şəhərlərin hərbi komissarlıqlarının əməkdaşları iştirak edirlər.

Onlar iş yerlərinin itirilməsi təhlükəsindən qorxduqlarını etiraf ediblər. Əvvəlki hökümətin onlara yeni iş vəd etdiyini qeyd edən aksiya iştirakçıları, verilən vədə əməl edilmədiyini qeyd ediblər.

Aksiya iştirakçıları yeni hökümətdən problemin həllini və Nikol Paşinyanla görüş tələb edirlər.

Qeyd edək ki, keçmiş hökümətin qərarına əsasən hazırda mövcud 44 hərbi komissarlıqların sayı 14-ə endiriləcək.

İnform.az

Baxış sayı: 29