Dünya, Siyasət
16.05.2018 / 11:19

“İran və “üçlük” müqavilənin saxlanmasında razılığa gəldi”- Zərif

 “İran və “üçlük” müqavilənin saxlanmasında razılığa gəldi”-
“İran Almaniya, Fransa və Britaniya ilə nüvə müqaviləsinin qüvvədə qalması barədə razılığa gəldi”.

İnform.az ordu.az istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Biz prosesə başladıq. Artıq Hərtərəfli Birgə Fəaliyyət Planının qüvvədə qalması üçün siyasi razılığa nail olduq. Çox şey yaxın həftələrdə nə baş verəcəyindən asılıdır. Biz zəruri zəmanətlər almalıyıq və bu, bizim hansı surətlə irəliləyə biləcəyimizdən asılı olacaq”, - deyə Zərif bildirib.

O qeyd edib ki, Avropadan olan həmkarları ilə dialoqun konstruktiv xarakterinə inanır.

İnform.az

Baxış sayı: 34