Hərbi
16.05.2018 / 11:10

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin görüşü keçirilir

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin görüşü keçirilir
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü başlayıb.

İnform.az MN-nin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.

Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq, təcrübə mübadiləsi aparılıcaq, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

İnform.az

Baxış sayı: 28