Diaspora Akademiyası
16.05.2018 / 11:05

Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb- FOTO

Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb-
Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində cümhuriyyətimizə həsr olunmuş tamaşa səhnələşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, ssenari müəllifi və rejissoru Öztürk Bayrama aid olan "Büyücü” (“Cadugər”) tamaşası Anadolu Universiteti Sinema Anadoluda oynanılıb.

Əsər "Göylərin qoruduğu, gecənin qaranlığında asılmış işıqlarımız! Aydınlığa gözlərini vermiş rənglərimiz! Tanrının yeddi ruha üfürdüyü müqəddəs nəfəsləri! Heçbir zaman parçalanmayan gücümüzün səltənətidir sevgimizin qaynağı!..." sözləri ilə başlayır, daha sonra verilən yanlış qərarların nəticəsi olaraqbaş verən sosial dəyişikliklərdən bəhs edir.

Tamaşadan sonra Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın tamaşanın yaradıcı heyətinə minnətdarlığını bildirərək onlar “Təşəkkürnamə”, Eskişehir Valisinin müavini Aslan Avşarbey isə teatrın rejissoru Öztürk Bayrama dərnək adından plaket təqdim edib.

Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb-


Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb-


Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb-


Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb-


Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb-


İnform.az


Baxış sayı: 97