Gündəm, Hüquq
16.05.2018 / 10:55

Qəlb qələmə ürək açır

Qəlb qələmə ürək açır
“ Elə hisslər vardır ki, onu sözlə ifadə etmək olmur. Bu zaman dadıma qələm və bir parça ağ kağız çatır. Qələm kağız üzərində qəlbimin dərinliklərində olan hissləri vərəqə diqtə edir. Bəzən mənə deyirlər ki, polis hara, şeir hara? Mən də bir insanam, mənim də hisslərim var. Mən də hisslərimi bu cür ifadə etməyi bacarıram. Ta uşaq vaxtımdan poeziyaya marağım olub”.-deyərək söhbətimizə körpü salan Nihad Bünyadbəyli ilə marağlı dialoqumuz baş tutdu.

Polis baş leytenantı Nihad Bünyadbəyli Sabirabad rayonu Şıxsalahlı kəndində dünyaya göz açıb. ADPU-nun Tarix , BDU-nun Regionşünaslıq fakültələrini bitirib. 3 il əvvəl daxili işlər orqanlarında xidmətə başlayıb.

Xidmətindən, işindən həm də ona görə razıdır ki, sevdiyi işlə, ürəkdən bağlandığı peşə ilə bağlıdır. Hazırda Sabirabad RPŞ-nin Qaragüney PB-də YYÇPİ təşkili qrupunun inspektoru vəzifəsində xidmət aparır.

N.Bünyadbəyli asudə vaxtlarında poeziya ilə məşğul olur. Onun şeir və qəzəllərindən ibarət “Qəlb qələmə ürək açır” adlı kitabı artıq işıq üzü görüb.

Xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 78