Diaspora Akademiyası
16.05.2018 / 10:44

Kopenhagendə Azərbaycan Cümhuriyyətinin 100 illiyiqeyd olunub- FOTO

Kopenhagendə Azərbaycan Cümhuriyyətinin 100 illiyiqeyd olunub-
Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı, Danimarka Vətən Cəmiyyətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyiilə Azərbaycan XalqCümhuriyyətinin 100 iliyiqeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, “Dünya Türk Günü” adı ilə baş tutantədbirdə Türkiyənin Danimarkadakı səfiriUğur Kənan İpək, Avropa Türk Federasiyasının sədri Camal Çetin, Danimarka, Almaniya, Isveç və Norveçdə fəaliyyət göstərən cəmiyyət rəhbərləri, yerli və türk iş adamları, media nümayəndələri, türkmənlər, uyğurlar və başqa icmaların təmsilçiləri iştirak edib.

Gecədə çıxış edən Danimarka Vətən Cəmiyyətinin sədri Səfər SadiqiMüsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcudluğu və süqutu haqqında qonaqlara məlumat verib.

O, eyni zamanda Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu xatırladaraq azərbaycanlıların hər zamantürklər və türkdilli xalqların yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, Kopenhagenin ən böyük salonlarından birində təşkil olunan gecədə 1200 nəfərdən çox qonaq iştirak edib. Təbridə Türkiyədən dəvət edilmiş müğənnilər- MustafaYıldızdoğan, Gökhan Təkin, Cafər Altun, Fatih Məhtər Takimi və Bakıda olan rəqqasələr qonaqlara Azərbaycan və türk musiqiləri, rəqsləri təqdim ediblər.

Kopenhagendə Azərbaycan Cümhuriyyətinin 100 illiyiqeyd olunub-


Kopenhagendə Azərbaycan Cümhuriyyətinin 100 illiyiqeyd olunub-


Kopenhagendə Azərbaycan Cümhuriyyətinin 100 illiyiqeyd olunub-


İnform.az

Baxış sayı: 161