Hüquq
16.05.2018 / 10:30

Cinayətkar qrupun digər üzvü də saxlanıldı

Cinayətkar qrupun digər üzvü də saxlanıldıDİN-in Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov da saxlanılıb.

Bu barədə İnform.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

İnform.az

Baxış sayı: 27