Mədəniyyət
16.05.2018 / 09:27

“Cəza” tamaşası Lənkəran teatrında- FOTO

 “Cəza” tamaşası Lənkəran teatrında-

Mayın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib. AZpress.AZ xəbər verir ki, nümayiş “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının milli mərhələsi çərçivəsində baş tutub.

Tamaşadan öncə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr oluduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, mayın19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri də iştirak edirlər. T.Heydərov bu cür beynəlxalq tədbirlərin mədəniyyətlərin yaxınlaşmasına, teatr kollektivləri arasında işgüzar əlaqələrin qurulmasına xidmət etdiyini vurğulayıb.
Daha sonra “Cəza” monotamaşasına baxış olub.

Lənkəran teatrsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Tək adamlıq psixoloji oyun dramı olan "Cəza" tamaşasında əsas və yeganə rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edir.

Tamaşadan sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidova maraqlı və məzmunlu tamaşaya görə Beynəlxalq Teatr Festivalının diplomu təqdim olunub.

 “Cəza” tamaşası Lənkəran teatrında-


 “Cəza” tamaşası Lənkəran teatrında-


Ağaddin Babayev/ Lənkəran

Baxış sayı: 69