Elm-təhsil
15.05.2018 / 18:00

"Ailəliklə kitabxanaya” layihəsinə başlanılır- FOTO

"Ailəliklə kitabxanaya” layihəsinə başlanılır-
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailəliklə kitabxanaya” layihəsinə başlanılıb.

Fondun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, mayın 15-də layihənin təqdimatı məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsində mütaliənin yeri və rolu” mövzusunda konfrans keçirilib.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevatədbiri giriş sözü ilə açaraq, layihənin məqsədi barədə məlumat verib.

O bildirib ki, əsas məqsəd ailədə mütaliə ənənəsinin təbliği və gücləndirilməsi, mütaliə vasitəsi ilə ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsi, bədii, klassik, müasir, elmi-kütləvi ədəbiyyatın gənclər və valideynlər arasında təbliği, eləcə də asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanmasıdır.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədovlayihənin faydalarından bəhs edərək, ailə institutunun möhkəmlənməsində mütaliənin rolundan danışıb. İcraçı direktor qeyd edib ki, ailə üzvlərinin bir-biri ilə daim ünsiyyətdə olması vacibdir və kitab oxumaqla, kitabların müzakirəsi ilə bu ünsiyyəti qurmaq mümkündür.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,millət vəkili Məlahət İbrahimqızı hər iki quruma təşəkkürünü bildirərək, ailənin möhkəm təməllər üzərində qurulması üçün belə konfransların və maarifləndiricilayihələrin keçirilməsinin məqsədəuyğun olduğunu deyib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, BakıDövlətUniversitetinin Kitabxanaşünaslıq kafedrasının əməkdaşı Nigar İsmayılova, uşaq yazarı Reyhan Yusifqızı Şıxlinskaya tədbirdə çıxış edərək, mütaliə mədəniyyətinin təbliğatına dəstək verməyə hazır olduqlarını vurğulayıblar.

"Ailəliklə kitabxanaya” layihəsinə başlanılır-


"Ailəliklə kitabxanaya” layihəsinə başlanılır-


İnform.az


Baxış sayı: 40