Din
15.05.2018 / 18:19

“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib- Lerikdə(Foto)

“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib-
Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonu Rəşid Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbində “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib.

Bölmədən İnform.az-a verilən məlumata görə, Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Cəngəmiran kənd tam orta məktəbinin direktoru Müqəddəs Feyruzov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Cəngəmiran kənd tam orta məktəbinin direktoru Müqəddəs Feyruzov çıxışında ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək mənəvi-əxlaqi və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.

M.Feyruzov məktəblərdə keçirilən bu səpkili maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolu olduğunu bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğunu vurğulayıb. A.Həsənov dini radikalizm və onun fəsadları, eləcə də Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında tədbir iştirakçılarına məlumat verərək vurğulayıb ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Cəngəmiran kənd tam orta məktəbinin müəllimi Bəhram Mirzəyev və digərləri çıxışlarında gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, elm və təhsilə yiyələnmələri, dini radikalizmdən qorunmalarının əhəmiyyətini qeyd ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.

“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib-


“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib-


“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib-


İnform.az


Baxış sayı: 152