Elm-təhsil
15.05.2018 / 18:11

Yerin süni peykləri mövzusunda açıq dərs keçirilib

Yerin süni peykləri mövzusunda açıq dərs keçirilib
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı iləYerin süni peyklərinəhəsr olunan “İnteraktiv açıq dərs” keçirilib.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin apardığı dərsdə şagirdlərə Yerin süni peykləri haqqındaətraflı məlumat verilib, peyklərin Yerin orbitinə çıxarılması və geosentrik orbitdəhərəkəti geniş şərh edilib. Bildirilib ki, pilotlu və sərbəst uçan kosmik aparatlarolan süni peyk Yerin ətrafında dolanaraq bir sıra elmi, texniki və digər funksiyaları yerinə yetirir.

Yerin ilk süni peykinin 1957-ci ildə keçmiş SSRİ-də səmaya buraxıldığını xatırladan alim peyklərininformasiyaların əldə edilməsi vəötürülməsindəki roluna da toxunub.

Qulu Həziyev astronomik,meteoroloji,bioloji, geodezi, pilotlu,kəşfiyyat peykləri və kosmik stansiyalarla bağlı geniş məlumat verib.

Dərsdəvideogörüntü vasitəsi ilə Yerin süni peyklərinin buraxılması və orbitdəki hərəkətləri şagirdlərin diqqətinə çatdırılıb.

Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

İnform.az

Baxış sayı: 34