Türkiyə
15.05.2018 / 18:09

Türkiyə XİN İsrail səfirinə ölkəsinə qayıtmağı tövsiyə edib

Türkiyə XİN İsrail səfirinə ölkəsinə qayıtmağı tövsiyə edib
İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

İnform.az “Report”-a istinadən xəbər verir ki, mayın 14-ə Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib.

Türkiyə XİN-nin rəsmiləri İsrail səfirinə Ankaranı tərk edərək ölkəsinə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər.

İnform.az

Baxış sayı: 41