Elm-təhsil
15.05.2018 / 16:10

ADPU-da böyük hind ədibi və mütəfəkkiri Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib- FOTO

ADPU-da böyük hind ədibi və mütəfəkkiri Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib-
Mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində böyük hind ədibi və mütəfəkkiri, Nobel mükafatı laureatı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev və həmin Fondun Lektorlar qrupunun üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin keçirilməsini yüksək qiymətləndirib və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək bildirib ki, Rabindranat Taqor haqqında həm onun müasirləri, həm də ondan sonra yaşamış bir sıra mütəfəkkirlər, ictimai-siyasi xadimlər müxtəlif fikirlər söyləyiblər.

Lakin 1998-ci ildə “Rifah iqtisadiyyatı mövzusundakı əlavələrinə görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Amartiya Senin Rabindranat Taqorun şəxsiyyətinə və yaradıcılığına yanaşma tərzi diqqəti daha çox cəlb edir.

Rabindranat Taqoru Benqaliyanın “qızıl səsi” adlandıran müəllif qeyd edir ki, mədəniyyətlərin toqquşması məsələsinə öz əsərlərində xüsusi yer ayıran Taqorun fikirləri ona görə inandırıcı görünürdü ki, o bir-biri ilə ciddi rəqabətdə olan müsəlman, xristian və Şərq sivilizasiyalarının təsiri altında formalaşmış üç mədəniyyətin qovuşuğunda-indus, müsəlman və ingilis mədəniyyətli benqal ailəsində böyümüşdü.

Sonra Rabindranat Taqorun həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana tədbirin mahiyyəti haqqında öz fikirlərini bölüşüb və tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.

Rəsmi hissəyə professor Bədirxan Əhmədovun geniş məruzəsi ilə yekun vurulub.

Tədbirdə Azərbaycan Dillər Universitetinin Hind dili və mədəniyyəti mərkəzinin kollektivinin ifasında Rabindranat Taqorun müəllifi olduğu şeirlər və mahnılar səsləndirilib.

Sonda hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

ADPU-da böyük hind ədibi və mütəfəkkiri Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib-


ADPU-da böyük hind ədibi və mütəfəkkiri Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib-


ADPU-da böyük hind ədibi və mütəfəkkiri Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib-


ADPU-da böyük hind ədibi və mütəfəkkiri Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib-


ADPU-da böyük hind ədibi və mütəfəkkiri Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib-


İnform.az

Baxış sayı: 40