İdman
15.05.2018 / 15:41

Klublar nə vaxt mükafatlandırılacaq?

Klublar nə vaxt mükafatlandırılacaq?Topaz Premyer Liqasında və klubların əvəzedici heyətlərinin yarışında 2017/2018 mövsümü finişə yaxınlaşır.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, sonuncu – XXVIII turun oyunlarından sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimləri təşkil olunacaq.

Əvəzedicilərin yarışında mayın 19-da “Bayıl Arena” stadionunda keçiriləcək “Səbail” – “Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I Divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək.

Topaz Premyer Liqasında isə mayın 21-də “Azersun Arena”da keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşündən sonra mükafatlandırma mərasimi baş tutacaq.

Bu zaman çempion “Qarabağ” və digər medalçılar mükafatlandırılacaq.

Eləcə də çempionatın bombardirinə xüsusi hədiyyə veriləcək.

İnform.az

Baxış sayı: 39