Siyasət
15.05.2018 / 15:12

Elmar Məmmədyarov Parisdə həmsədrlərlə görüşür

Elmar Məmmədyarov Parisdə həmsədrlərlə görüşür
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür.

İnform.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici işlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində bu haqda məlumat paylaşıb.

Bildirib ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

Görüşdə E.Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazır olduğunu bəyan edib.

İnform.az

Baxış sayı: 36