Dünya
15.05.2018 / 15:05

“ABŞ-ın İran sazişindən çıxması hərbi gərginliyi artırır” - Rusiya diplomatı

“ABŞ-ın İran sazişindən çıxması hərbi gərginliyi artırır” -
“ABŞ-ın İranla imzalanmış nüvə sazişindən çıxması Yaxın Şərqdəki hərbi gərginliyi daha da artırır”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov səsləndirib.

“Biz ABŞ-ın İran sazişindən çıxmasını istəmirik. Bu Yaxın Şərqdə hərbi gərginliyi daha da alovlandıracaq”, - deyə Ryabkov bildirib.

Valday Beynəlxalq Müzakirə Klubuna müsahibə verən diplomat qeyd edib ki, hazırda baş verən proseslər də bunu sübut edir.

Onun sözlərinə görə, İran sazişinin qüvvədə saxlanması Avropanın öz kompaniyalarını ABŞ-ın sanksiyalarından müdafiə edərək, İranla əməkdaşlığını davam etdirməsinə şərait yaratma imkanından asılı olacaq.

İnform.az

Baxış sayı: 66