Türkiyə, Siyasət
15.05.2018 / 14:59

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi parkı açılıb

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi parkı açılıb
İstanbulun Maltepe rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi adlı park açılıb.

İnform.az APA-nın məlumatına istinadən xəbər verir ki, parkın açılış mərasimində çıxış edən Maltepe bələdiyyəsinin sədri Əli Kılıç Azərbaycan-Türkiyə münasibətlərindən danışıb. O, parkın açılmasının bu münasibətlərin inkişafının nəticəsi kimi qiymətləndirib.

Bələdiyyə sədri bildirib ki, bu gün Fələstində baş verən faciələr bir neçə il əvvəl Qarabağda yaşanıb: “Qarabağın işğaldan azad olunması istiqamətində hər zaman dəstəyimizi göstərəcəyik”.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və digər çıxışçılar iki qardaş ölkənin münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıblar.

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi parkı açılıb


İnform.az

Baxış sayı: 68