Mədəniyyət
15.05.2018 / 12:29

Qara Qarayevin 100 illik yubileyi UNESCO-da qeyd edilib

Qara Qarayevin 100 illik yubileyi  UNESCO-da qeyd edilib
Dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənə ilə qeyd edilib.

Bu barədə İnform.az-a Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil qərargahında təntənə ilə qeyd edilib.

İnform.az

Baxış sayı: 93