Maraqlı
15.05.2018 / 12:03

Evinizi mənfi enerjidən təmizləyin

Evinizi mənfi enerjidən təmizləyin
Biz gül-çiçəkdən adətən əlamətdar günlərdə evimizi bəzəmək və həyatımızı zənginləşdirmək məqsədiylə istifadə edirik.

Bəzi bitkilər sadəcə dekor rolunu oynamır. Onlar müsbət enerji yayır və havanı təmizləyərək ətraf mühiti yaxşılaşdırmağa kömək edir.

Amerika bağçılıq cəmiyyəti tərəfindən keçirilən araşdırmada tədqiqatçılar aşkar ediblər ki, hava çirkliliyi inkişaf etməkdə olan ölkələrə daha geniş təsir edir. Təmizləmə metodu olaraq bitkilərdən istifadə həmin ölkələrdə qənaət vasitəsi kimi xidmət edə bilər. Çünki çirkləməni önləyən bahalı texnologiya iqtisadi baxımdan onlar üçün əlverişli olmaya bilər.

Publika.az bu yazıda oxucuları evin aurasını və ozon səviyyəsini təmizləyən bitkilərin siyahısını təqdim edib:

1. Jasmin

Müqəddəs gül İranda və tarix boyu böyük əhəmiyyətə malik olub. Bu ətirli bitki enerjini stimullaşdırır və özünə güvən hissini artırır. Həmçinin jasminin münasibətləri möhkəmləndirdiyinə inanılır və romantika mühit yaradır. Bu bitki gələcəyi xəbər verən yuxular görməyə kömək edir, eyni zamanda ürək çakralarını stimullaşdırır.

2. Rozmarin

Rozmarin ev şəraitində enerji təmizlənməsi üçün ən yaxşı bitkilərdən biridir. Bu bitki gərginliklə mübarizə apararaq neqativi aradan qaldırmağa kömək edir. Rozmarin nəinki daxili rahatlıq yaradır, həm də mənfi enerji və ruhlardan qoruyur. Bir budaq rozmarini giriş qapısının üstündən asın. Bu, kənardan daxil olan mənfi enerjilərdən ən gözəl müdafiə üsuludur.

3. Zanbaq

Zanbaq çoxfunksiyalı bitki sayılır. O, istənilən mənəvi, emosional və fiziki problemləri aradan qaldırmağa kömək edir. O, kölgə və ya qaranlıq yerlərdə yaxşı yetişir. O, yataq otaqları üçün ideal gül və dekor sayılır, rahat yuxuya getməyə kömək edir. Zanbaq doğum çiçəyidir. Zanbaq folklorda həmişə yeni doğum ehtimalı haqqında xəbərdar edən elçi kimi təsvir olunurdu.

4. Sarmaşıq

Sarmaşıq həm havanı təmizləyən ən yaxşı otaq bitkilərindən biridir, həm də istənilən məkana yaraşıq verir. O istənilən yerdə zərərli və xoşagəlməz elementləri uzaqlaşdıra bilir. Şifahi xalq ədəbiyyatlarında deyilir ki, sarmaşığı xarici keçidlərə və qapı girişinə yerləşdirmək məsləhət görülür. Çünki qədimdə bunun uğur və cansağlığı gətirdiyinə inanılırdı. Onun mesajı ondan ibarətdir ki, yeniylə köhnəni tarazlayaraq keçmiş əsasında öz həyatınızı qurmağa davam edin.

5. Aloe Vera (Əzvay)

Aloe Vera müalicə üçün yaxşı keyfiyyətlərə malikdir. Onu dolayı işıqlandırılma və ya süni işıqlandırılma ilə yetişdirmək olar. Aloenin yarpaqları və gövdəsində olan jeleyə bənzər maddə dərini, xüsusilə yanığı sağaltmağa kömək edir. Aloenin enerjisi evinizdə uğursuzluq və mənfi dalğalarla mübarizə aparmağa kömək edir.

6. Səhləb çiçəyi

Səhləb çiçəyi gecə saatlarında oksigen buraxır. Yataq otağında səhləbin olması vacibdir, çünki o, yuxu zamanı sizin enerjinizi tarazlaşdırır və ona nəzarət edir. Qədim dövrlərdə Çin səhləb çiçəyi seksual enerjinin elçisi sayılırdı. Onun müsbət enerjisi romantik və cinsi duyğuları yaxşılaşdırır, həmçinin otaqda olan bütün neqativ maneələri aradan qaldırır.

7. Lavanda

Lavanda dözümlü və ətirli bitkidir. Onun müqəddəs çiçəkləri rahatlıq da daxil olmaqla, bir çox ecazkar xüsusiyyətlərə malikdir. O, həyatda sabitlik enerjisini aktivləşdirir. O, nəinki evdən zəhərli maddələri qovur, həm də baş ağrılarında, yuxusuzluq, depressiya və digər nasazlıqlarda kömək edir. Hamam otağında bir neçə lavanda budağı qoysanız, bu, zehni aydınlığı stimullaşdırmağa kömək edəcək. Bu gözəl bənövşəyi çiçəkləri olan bitki şifahi xalq ədəbiyyatlarında ən populyar bitkilərdən biridir. Onun enerjisi şəfa verir və bəd hadisələrdən qoruyur.

8. Qızılgül

Deyirlər ki, qızılgül bütün dünyada məhəbbət rəmzidir. O, şəfa və məhəbbət gətirir. Məsələn, mifologiyada Afrodita qızılgülü oğlu Erosa təqdim etmişdi. Qızılgül müqəddəsdir və bitkilər arasında ən yüksək vibrasiya tezliklərdən biri onda var. O, evinizə həyat eşqi bəxş edərək zəhərləri və neqativi dağıdır. Bu gözəl gül sizin ürəyinizə sevgi gətirmək üçün böyük enerjili əhval-ruhiyyəyə malikdir.

9. Crassula

Bu bitkinin bir çox adı var. Fen-Şuiyə görə, onun enerji axını özünə sərvət və uğur cəlb edir. Crassulanın var-dövlət rəmzi sayılması yarpaqlarının qəpiklərə bənzəməsi ilə əlaqələndirilir. Bu bitki evdə oksigen səviyyəsini artırır. Pul gülünün kompüter, televiziya və ya WiFi kimi elektronika yaxınlığında olması yaxşıdır. Evdə stress və narahatlıqları aradan qaldırmağa kömək edir.

İnform.az

Baxış sayı: 84