Diaspora Akademiyası
15.05.2018 / 10:56

Ümummilli lider Heydər Əliyevin 95 illiyi Rusiya və Özbəkistanda geniş qeyd edilib-

Ümummilli lider Heydər Əliyevin 95 illiyi Rusiya və Özbəkistanda geniş qeyd edilib-

Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin yubileyi silsilə tədbirlərlə qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, mayın 3-dən etibarən şəhərin 78 nömrəli orta məktəbində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi açılıb.

Həmçinin, Heydər Əliyevə həsr edilmiş sənədli filmlərin nümayişi olub, rəsm müsabiqəsi, viktorina, xüsusi dərslər, idman yarışları keçirilib, Heydər Əliyev adına meydanda abadlıq işləri aparılıb. Silsilə tədbirlər Heydər Əliyevin abidəsi önündə keçirilən böyük konsert proqramı ilə başa çatıb.

Konsertdə rus və Azərbaycan dillərində vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib.

Tədbirdə Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri İslam Hüseynov, Vilayət Qubernatoru Administrasiyasının Daxili siyasət idarəsinin rəisi Sergey Paxovski, Zasviyajski rayonunun başçısı Mixail Morozov, Ulyanovsk vilayəti milli diasporlarının sədrləri iştirak edib.

Ümummilli lider Heydər Əliyevin 95 illiyi Rusiya və Özbəkistanda geniş qeyd edilib-


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Murmansk şəhərində də anılıb.

Tədbirdə Murmansk Azərbaycan Milli Mədəni Muxtariyyət Şurasının üzvləri, digər xalqların diaspor rəhbərləri, şəhər ictimaiyyətinin təmsilçiləri, yerli mətbuat nümayəndələri iştirak edib. İştirakçılara ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar hədiyyə olunub. Tədbirin sonunda ümummilli liderə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Ümummilli lider Heydər Əliyevin 95 illiyi Rusiya və Özbəkistanda geniş qeyd edilib-


Tatarstanın Kazan şəhərində isə Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Tatarıstandakı Azərbaycan Milli-Mədəni Muxtariyyatı Regional İctimai Təşkilatının təşəbbüsü ilə baş tutub. Tədbirdə Azərbaycan icmasının üzvləri, ictimaiyyət və media nümayəndələri, elm və incəsənət xadimləri iştirak edib.

Təşkilatın rəhbəri Bəşir Bəşirov Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinə verdiyi töhfələrdən söz açaraq, onun bu münasibətlərin inkişafında böyük rolu olduğunu vurğulayıb.

Ümummilli lider Heydər Əliyevin 95 illiyi Rusiya və Özbəkistanda geniş qeyd edilib-


Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi keçirilib.


Sərgidə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar nümayiş etdirilib, iştirakçılara bukletlər paylanılıb.

Özbəkistan Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri komitəsinin sədri Rüstəm Qurbanov Heydər Əliyevin iki ölkə arasında münasibətlərin qurulmasında və bu əlaqələrin qorunmasında böyük rolu olduğunu qeyd edib.

Daha sonra çıxış edənlər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sonda qonaqlara ulu öndər haqqında sənədli film və bədii proqram təqdim olunub.

Ümummilli lider Heydər Əliyevin 95 illiyi Rusiya və Özbəkistanda geniş qeyd edilib-


İnform.az


Baxış sayı: 34